Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Məğrur Laçının gözəl çağları

0

  • Laçın Azərbaycanın ən gözəl məskənlərinədn biridir. Gözəl təbiəti, mineral bulaqları ilə zəngin olan Laçın hər kəsi özünə heyran edir. Təəssüf ki, erməni işğalçılarının təcavüzü nəticəsində bu qədim yurd yerimiz tapdaq altında qaldı. Bütün evlər yandırıldı, qarət edildi. Sərvəti daşındı. İllərdir Qarabağ, Laçın həsrətilə yaşadıq. Ancaq heç bir zaman ümidimizi itirmədik. Qisas gününün yaxınlaşdığını hiss edir, səbrlə dözürdük. Mərhum sənətkar Məhəbbət Kazımovun “Laçınım” mahnısını dinlədikcə gözlərim yaşarır, ürəyimiz parçalanırdı. Bu haqsızlığa, bu həsrətə necə dözmək olardı...Vətən müharibəsində Ordumuzun şücaəti nəticəsində erməni işğalı altındakı torpaqlarımız azad olundu və düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. 10 noyabr bəyanatında bir çox maddələr öz əksini tapmışdır ki, bunlardan biri də Laçının azad edilməsi idi. Bəyanata əsasən, 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir.
    Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında idi. Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.
    Qeyd edək ki, Prezident İlham Əliyev 31 iyul 2023-cü ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 26 avqust Azərbaycanda 26 avqust – “Laçın Şəhəri Günü”dür.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.
    Bayram tədbirində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq.
    Bu gün xalqımız xoşbəxt günlər yaşayır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında abadlıq-quruculuq işləri mütəşəkkil olaraq davam edir. Azad olunan torpaqlarımızın dirçəldiyini görmək hər birimizdə hədsiz sevinc hissi yaradır. Allah bu sevinci xalqmıza yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Uca Rəbbim şanlı tarix yazan rəşadətli Ali Baş Komandan İlham Əliyevi və Ordumuzu qorusun!
    Rafiq Quliyev,
    Xocalı rayon ziyalısı 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib42 dəfə
    məğrur laçının gözəl çağları

    Maraqlı gələ bilər
    46